...

Azərbaycanın voleybol üzrə qadın komandası Olimpiya çempionları ilə oynayır

Cəmiyyət Materials 29 Noyabr 2005 20:34 (UTC +04:00)

Çin gələn ilin sentyabrında Yaponyiada keçiriləcək dünya çempionatı finalının qrup mərhələsində Azərbaycanın voleybol üzrə qadın komandasının rəqibi olacaq.

Trend in məlumatına görə, Tokioda keçirilən püşkatma zamanı Faiq Qarayevin yetirmələri birinci mərhələdə 2008-ci il Oyunlarının qalibləri ilə görüşməli olacaqlar. Həmçinin, komandanı eyni qrupa düşdüyü Dominikan Respublikasının, Almaniyanın, Meksikanın və Rusiyanın komandaları ilə yarış gözləyir.

Yarışın reqlamentinə görə, qrupdan növbəti mərhələyə yalnız 4 komanda çıxacaq. Odur ki, azərbaycanlı voleybolçuları üçün dünyanın ən güclü komandaları ilə mübarizə aparmaq o qədər asan olmayacaq.

Xəbər lenti

Xəbər lenti