...

Ombudsman Korrupsiyaya Qarşı Dövlətlər Qrupu Təşkilatını təmsil edən nümayəndə heyətini qəbul edib

Cəmiyyət Materials 14 Dekabr 2005 19:54 (UTC +04:00)

Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova Korrupsiyaya Qarşı Dövlətlər Qrupu Təşkilatını təmsil edən nümayəndə heyətini qəbul edib. Trend xəbər verir ki, ombudsman rəhbərlik etdiyi təsisat tərəfindən insan və azadlıqlarının müdafiəsi sahəsində görülən işlər barədə danışıb.

E.Süleymanova dövlət idarəçiliyinin əsaslarını sarsıdan, insan hüquq və azadlıqlarının pozulmasına şərait yaradan, dövlət orqanlarının əhali qarşısında etibarının itirilməsinə səbəb olan korrupsiya kimi ictimai təhlükəli cinayətlə mübarizənin ombudsmanın prioritet vəzifələri olduğunu vurğulayıb.

Müvəkkil qanunda təsbit olunan səlahiyyətləri əsasında Azərbaycan ombudsmanının korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi fəaliyyət istiqamətlərini qonaqların nəzərinə çatdırıb.

Xəbər lenti

Xəbər lenti