...

Azərbaycan hökuməti UNICEF ilə beşillik ölkə proqramı imzalayıb

Cəmiyyət Materials 29 Dekabr 2005 18:17 (UTC +04:00)
Azərbaycan hökuməti UNICEF ilə beşillik ölkə proqramı imzalayıb

Trend bildirir ki, dekabrın 29-da Bakıda Azərbaycan hökuməti ilə UNICEF arasında 2005-09-cu illərdə ölkə proqramı imzalanıb. Sənədi ölkə baş nazirinin müavini Elçin Əfəndiyev və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hanaa Singer imzalayıb.

Elçin Əfəndiyevin sözlərinə görə, Azərbaycan və UNICEF 1993-cü ildən etibarən sıx və səmərəli əməkdaşlıq edir. "UNICEF ilə ilk ölkə proqramı 2000-2004-cü illərdə həyata keçirilib" -deyə o bildirib.

Hanaa Singer deyib ki, proqram çərçivəsində $100 mln. təmin edilməsi nəzərdə tutulur. "Amma biz çalışırıq ki, dünya standartlarına uyğun layihələr həyata keçirilməsi üçün Azərbaycana daha çox vəsait ayrılsın. Biz istəyirik ki, Azərbaycan bbu istiqamətdə digər ölkələr üçün nümunəyə çevrilsin və biz ümid edirik ki, 3-5 ildən sonra belə bir nümunə hazır olacaq" -deyə o qeyd edib. Bu proqram çərçivəsində gənclərin sablamlığı və inkişafı, uşaqların müdafiəsi və təhsili sahəsində işlər həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti