...

Həbsdə olan sahibkar Loğman Zülfüqarlı xəstəliyi ilə əlaqəqad azadlığa buraxılıb

Cəmiyyət Materials 6 Fevral 2006 17:17 (UTC +04:00)

Həbsdə olan sahibkar Loğman Zülfüqarlı xəstəliyi ilə əlaqədar azadlığa buraxılıb. Bu barədə Trend ə onun vəkili Aslan İsmayılov məlumat verib.

Vəkilin sözlərinə görə, "Bakıelektroştamp"ın və "Bakıpoladtökmə" Açıq Səhmdar Cəmiyyətinin sahiblərindən biri olan Loğman Zülfüqarlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilir. Cinayət işi üzrə istintaq Daxili İşlər Nazirliyi Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsi tərəfindən icra olunur. "İstintaq orqanı belə qərar qəbul edib ki, xəstəliyi ona həbsdə qalmağa imkan vermir" - deyə vəkil söyləyib.

Qeyd edək ki, L.Zülfüqarlının digər qardaşı, "Bakıpoladtökmə"nın direktoru Nurəddin Zülfüqarlı da eyni əməllərə görə təqsirləndirilərək həbs olunub və hazırda Bayıldakı 1 saylı İstintaq Təcridxanasında saxlanılır.

Xəbər lenti

Xəbər lenti