...

Dövlət Kamera Teatrında dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" pyesi əsasında səhnələşdirilən tamaşanın məşqləri aparılır

Cəmiyyət Materials 13 Fevral 2006 13:19 (UTC +04:00)

Bu il 15 yaşını qeyd edən Dövlət Kamera Teatrında görkəmli dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" pyesi əsasında səhnələşdirilən tamaşanın məşqləri aparılır. Tamaşanın quruluşçu rejissoru Cənnət Səlimovadır. Tamaşada gürcü qızı Xumara görə dinindən belə dönən Şeyx Sənanı əməkdar artistlər Şövqü Hüseynov və İlqar Cahangirov canlandıracaq. Xumar rolu üzərində isə əməkdar artist Leyli Iəliyeva və Zülfiyyə Alhüseynova çalışır. "Şeyx Sənan"da rol alan digər aktyorlara gəldikdə isə onların sırasında Nofəl Iəliyev, Rövşən Abbasov, Aydın Dəmirov, İlkin Mehdiyev, Simuzər Ağakişiyeva, Şəbnəm Məmmdova və başqalarının adlarını çəkmək olar. Qeyd edək ki, "Şeyx Sənan" tamaşasının premyerası aprel ayında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti