...

Çingiz Hüseynzadə: "Növbəti Qış Oyunlarında Azərbaycan yığmasının tərikibinin genişlənəcəyinə ümidvaram"

Cəmiyyət Materials 24 Fevral 2006 15:42 (UTC +04:00)

"Ümid edirəm ki, növbəti qış Olimpiya oyunlarında Azərbaycanın nümayəndə heyətinin tərkibi daha geniş olacaq".Bu barədə Trend ə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Turində Olimpiya oyunlarının başa çatması ərəfəsində məlumat verib.

O, Ağ Oyunlarda Azərbaycanın geniş nümayəndə heyəti ilə təmin olunmadığı, lakin tezliklə vəziyyətin dəyişə biləcəyini qeyd edib. "Respublikada yaxın vaxtlarda katok və dağ xizəyi bazası yaradıla bilər ki, bu da qış idman oyunlarının növlərinin inkişafına təkan verə bilər", - deyə Ç.Hüseynzadə bildirib.

Xatırladaq ki, Turində yığmamızı yalnız fiqurlu xizəksürmə üzrə rəqs dueti Kristin Freyzer - İqor Lukanin təmsil edirdilər.

Xəbər lenti

Xəbər lenti