...

Çexiyada Xocalı soyqırımının qurbanları yad edilib

Cəmiyyət Materials 27 Fevral 2006 16:28 (UTC +04:00)

Çexiyada fəaliyyət göstərən "Azəri-Çex" Cəmiyyəti fevralın 26-da Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirib. Trend in məlumatına görə, həmin gün 1942-ci ildə baş vermiş Lidice faciəsi də yad edilib. "Azəri-Çex" Cəmiyyəti bu addımını onunla izah edib ki, dünya ictimaiyyətinə Qarabağda erməni vəhşiliklərinin çatdırılması tarix boyu baş vermis oxşar hadisələrlə müqayisə olunduqda daha effektli nəticə verə bilər. Həm də yerli əhali bunu daha real qiymətləndirər.

Qeyd edək ki, alman faşistlərinin Praqa yaxınlığındakı Lidice qəsəbəsini bir gün icində yerlə-yeksan etməsi və onun 506 nəfərlik sakininin hamısını soyqırıma məruz qoymasını bütün dünya ictimaiyyəti insanlığa qarşı cinayət sayır. Azərbaycanın Xocalı şəhəri də oxşar təcavüzün qurbanı olub. Tədbir zamanı azərbaycanlılar Lidice qurbanlarının dəfn olunduğu məzara və xatirə kompleksinə baş çəkib, Xocalı sakinləri adından əklil qoyublar. Bundan sonra Cexiyanın paytaxtı Praqada tədbirin davamı kimi seminar keçirilib. Divarlarinda 613 Xocali şəhidinin adları yazılmış zalda Ermənistanın təcavüzü nəticəsində Azərbaycan xalqının üzləşdiyi reallıqlar və faktlar nümayiş olunub. Telejurnalist, rejissor Mehriban Ələkbərzadənin Xocalı faciəsinə həsr olunmus sənədli filmi nümayiş etdirilib.

"Azəri-Çex" Cəmiyyəti ilə Lidice xatirə kompleksinin rəhbərliyi arasında əldə olunan razılaşmaya əsasən, Lidice muzeyinde Xocalı faciəsinin 15 illiyinə həsr olunmuş geniş tədbirlər planı və sərgilər təşkil olunması nəzərdə tutulur. Bu layihənin baş tutması üçün hər iki qəsəbənin qardaşlaşması təklifi də irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti