...

Misir Mərdanov: "Pedaqoji Universitetində təhsil alan türkiyəli tələbələr başqa ali məktəblərə köçürüləcək"

Cəmiyyət Materials 5 Aprel 2006 18:24 (UTC +04:00)

Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alan türkiyəli tələbələr başqa ali təhsil müəssisələrinə köçürüləcək. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov məlumat verib.

Onun sözlərinə görə, bu proses Türkiyənin Azərbaycandakı səfirliyi və tələbələrin özlərinin müraciəti əsasında həyata keçiriləcək. Buna səbəb tələbələrin bu universitetin müəllimlərindən şikayət etməsi ilə bağlıdır. Tələbələr müəllimləri rüşvətxorluqda və süründürməçilikdə təqsirləndirir. Nazir Türkiyənin tələbə qəbulu üzrə müvafiq strukturunun tələbələrin şikayətləri əsasında Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbulu dayandırması ilə bağlı məlumatı təsdiqləyib.

Burada təhsil alan türkiyəli tələbələr Bakı Dövlət Universitetinə və digər ali təhsil müəssisələrinə köçürüləcək", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti