...

Rəşad Sadığov: "Qarabağ"la matçda hər şeyi bir qol həll edə bilər

Cəmiyyət Materials 3 May 2006 15:29 (UTC +04:00)

"Bizim "Qarabağ"la matçımızda hər şeyi bir qol həll edə bilər". Bunu Trend agentliyinin məlumatına əsasən, "Neftçi"nin müdafiəçisi Rəşad Sadığov Ölkə kubokunun cavab yarımfinal matçı ərəfəsində deyib.

Onun sözlərinə görə, T.Bəhramov adına Respublika stadionunda heç-heçə ilə başa çatmış birinci görüşdən sonra komandaların qələbə qazınmaq üçün eyni şansları var. "Bizim qarşımızda dəqiq vəzifə durur, yəni qol vuraraq finala çıxmaq. Təbii, bu, elə də asan olmayacaq. Özü ə "Qarabağ"ın son zamanlar yaxşı oyun nümayiş etdirdiyi vaxtda. Ağdamlıların öz səbəbi var, lakin biz heç də onlardan az iddialı deyilik" - Azərbaycan yığmasının futbolçusu qeyd edib.

Xatırladaq ki, mayın 3-də kubok uğrunda birinci yarımfinal matçını həm də "Karvan" və "Xəzər" keçirəcək.

Xəbər lenti

Xəbər lenti