...

Azad Rəhimov: Azərbaycan şahmat tacını qaytarmaq niyyətindədir

Cəmiyyət Materials 19 May 2006 18:12 (UTC +04:00)

"Şahmat üzrə dünya çempionu adı uğrunda Bakıda matçın keçirilməsi imkanı FİDE-nin qaydaları dəyişməsindən dərhal sonra yarandı". Trend in verdiyi məlumata görə, bu barədə bu gün gənclər və idman naziri Azad Rəhimov Sofiyada Veselin Topalovla Teymur Rəcəbov arasında matç barədə memorandumun imzalanmasını şərh edərkən bəyan edib.

Onun sözlərinə görə, Azərbaycan şahmat tacını qaytarmaq üçün bu şansdan istifadə etmək və bütün səylərini bu məqsədə çatmaq üçün yönəltmək niyyətindədir. "Bu görüşün maliyyələşdirilməsi məsələsi mövcuddur. Lakin biz sponsorların dəstəyinə nail olmaqla onu həll edə bilmişik. Bu görüşə mane ola biləcək yeganə şərait payızda Vladimir Kramnikovla keçiriləcək dünya çemponu adı uğrunda birləşdirilmiş matçda məğlubiyyət ola bilər", - deyə A.Rəhimov bildirib.

Xəbər lenti

Xəbər lenti