...

"Xüsusi istedadlı uşaq və gənclərin yaradıcı potensialının inkişafı" üzrə dövlət proqramı Azərbaycan prezidentinin təsdiqinə təqdim edilib

Cəmiyyət Materials 20 May 2006 13:47 (UTC +04:00)

"Xüsusi istedadlı uşaq və gənclərin yaradıcı potensialının inkişafı" üzrə dövlət proqramı Azərbaycan prezidentinin təsdiqinə təqdim edilib. Bu barədə Trend ə Təhsil Nazirliyindən bildirilib.

Proqram 2006-2010-cu illər üçün nəzərdə tutulub. Bura aşağıdakı vəzifələr daxildir: istedadlı uşaq və gənclərin inkişaf perspektivini müəyyənləşdirən sosial-psixoloji tədqiqatların aparılması; xüsusi istedadlı uşaqların üzə çıxarılması və onlarla işləmə mexanizminin formalaşdırılması; istedadlı uşaqların məlumat bankının, eləcə də milii reyestrin və internet portalın yaradılması, bu kateqoriyalı uşaqların oxuduğu təhsil müəssisələrinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi və sair.

Proqramda həmçinin, bu kateqoyadan olan uşaqlar üçün yeni təhsil müəssisələrinin yaradılması və hazırkı müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti