...

Qılıncoynadan Səbinə Əmrahzadə Beynəlxalq Qılıncoynatma Federasiyasının xətti ilə məşqlərdə iştirak edib

Cəmiyyət Materials 8 İyun 2006 18:37 (UTC +04:00)

Azərbaycanlı qılıncoynadan Səbinə Əmrahzadə Fransada Beynəlxalq Qılıncoynatma Federasiyasının xətti ilə keçirilmiş iyirmi günlük təlim -məşq hazırlıqlarında iştirak edib.

Milli Federasiyanın vitse-prezidenti Yaşar Məmmədovun Trend ə verdiyi xəbərə görə, məşqlərdə otuzdan çox ölkənin idmançıları iştirak edib. Y.Məmmədov qeyd edib: "Hər ölkənin beynəlmiləl düşərgəyə yalnız bir nümayəndə göndərmək hüququ var idi və biz öz seçimimizi Səbinənin üzərində saxladıq. Həm də o, bir sıra iri turnirlərdə iştirak edib və böyük beynəlxalq təcrübəyə malikdir".

Qeyd etmək lazımdır ki, məşqlər gənc idmançıların ustalığını və döyüşü aparmaq texnikasını təkmilləşdirən Avropanın ən yaxşı mütəxəssislərinin iştirakı ilə keçib.

Xəbər lenti

Xəbər lenti