...

Azərbaycanın yunan – roma güləşi üzrə komandası İvan Poddubnının memorialında çıxış etməyəcək

Cəmiyyət Materials 29 İyun 2006 13:24 (UTC +04:00)

Azərbaycanın yunan-roma güləşi üzrə komandası iyulun 1-2-də Moskvanın "İvan Yarıqin" adına idman sarayında keçiriləcək İvan Poddubnının xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə iştirak etməyəcək.

Milli yığmanın baş məşqçisinin Trend ə verdiyi xəbərə görə, bu yaxınlarda Bakıda keçirilmiş "Qızıl Qran-Pri" finalından sonra kollektivin əsas tərkibinə bir qədər fasilə verilib. "Güləşçilər məsuliyyətli yarışdakı mübarizələrini yenicə başa vurublar və onları dərhal başqa yarışa göndərmək heç düzgün olmaz. İ.Yarıqin memorialının yüksək səviyyəsini nəzərə alaraq, biz ən yaxşı idmançıların iştirak etdiyi yarışa ikinci tərkibi göndərə bilmərik", - deyə məşqçi bildirib.

Maraqlıdır ki, Moskvadakı yarışda iyirmi üç ölkənin pəhləvanları iştirak edəcək. Burada ev sahiblərini olimpiya çempionları Xasan Baroyev, Varteres Samurqaşev və Aleksey Mişin təmsil edəcəklər.

Xəbər lenti

Xəbər lenti