...

Tbilisidə Mirzə Fətəli Axundovun şərəfinə büst ucaldılıb

Cəmiyyət Materials 30 İyun 2006 18:54 (UTC +04:00)

Tbilisidə, 73 saylı orta məktəbin həyətində tanınmış Azərbaycan yazıçısı, filosof Mirzə Fətəli Axundovun büstü açılıb.

Trend in Gürcüstandakı xüsusi müxbirinin verdiyi məlumata əsasən, həmin büst 60-cı illərdə 67 saylı məktəbin həyətində idi, lakin 90-cı illərdə zədələnmişdi. Bu yaxınlarda heykəltaraş Quram Kadjaya və memar David Morbeladze büstü bərpa edib. Bundan sonra 67 saylı məktəbin administrasiyası büstü Azərbaycan dilli məktəbə hədiyyə etməyi qərara alıb.

Büstün açılış mərasimi zamanı Azərğbaycanın Gürcüstandakı səfiri Nazim Əliyev qeyd edib ki, büstun açılışı - iki xalq arasında böyük dostluğun göstəricisidir. Tbilisinin meri Gigi Uqulava deyib ki, 90-cı illərin əvvəlində məktəb rəhbərliyi büstü oğruların əlindən güclə alıb. "Mirzə Fətəli Axundov iki xalqın övladı olub və onun xatirəsi təkcə Azərbaycanda deyil, Gürcüstanda da yad edilir" - deyə Q.Uqulava vurğulayıb.

M.F.Axundov (1812-1878) Tiflisdə çar canişininin dəftərxanasında tərcüməçi (1834- 1861) işləyib; Tiflis qəza məktəbində fars və türk dillərini tədris edib.

Xəbər lenti

Xəbər lenti