...

Azərbaycan ombudsmanı insan haqları üzrə Ümumdünya Forumunda iştirak edir

Cəmiyyət Materials 10 İyul 2006 14:06 (UTC +04:00)

Azərbaycanın insan haqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova iyulun 10-dan 13-ə qədər Fransanın Nant şəhərində keçirilən insan haqları üzrə Ümumdünya Forumunda iştirak etmək məqsədi ilə Fransaya yola düşüb. Bu barədə Trend ə Azərbaycanın ombudsman aparatından xəbər veriblər.

Forumda insan haqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq və dövlət strukturlarının nümayəndələri iştirak edir. Forumun məqsədi insan haqlarının müdafiəsi üzrə beynəlxalq həmrəylik şəbəkəsinin yaradılmasıdır. 3 gün ərzində forum iştirakçıları "Bərabərsizlik və müxtəliflik", "İqtisadi qloballaşma və insan haqları", "Qayğıdan məhrum olunmuş uşaqlar", "Yoxsulluqla mübarizə və insan haqları" və s. kimi mövzuları müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti