...

Alman alimləri Azərbaycanın tektonik fəallığını öyrənir

Cəmiyyət Materials 14 İyul 2006 19:18 (UTC +04:00)

Geydelberq Akademiyasının Karlsruye Universitetinin alimləri Brigit Müller və Mark Tinqay Bakıdadır. Trend Milli Elmlər Akademiyasının Torpaq Elmləri Şöbəsinə istinadən xəbər verir ki, səfərin məqsədi tektonik fəallığı öyrənməkdir. Araşdırmalar 2005-ci ildə Milli Elmlər Akademiyasının Gelologiya İnstitutu ilə KarlsruyeUniversiteti arasında imzalanmış "Dünya gərginliyinin xəritəsi" layihəsi çərçivəsində aparılır.

1986-cı ildə alman alimləri dünyanın gərginlik xəritəsini yaratmaq ideyasını irəli sürüb və bu məqsədlə professor Frideman Ventselin rəhbərliyi altında uzunmüddətli beynəlxalq layihənin əsası qoyulub. Azərbaycanın bu layihəyə qoşulmasının məqsədi xəritənin Azərbaycan hissəsini hazırlamaqdır.

Azərbaycan tərəfindən layihəyə Torpaq Elmləri Şöbəsinin katibi, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə, koorinatorluğu isə Seysmologiya Şöbəsinin rəhbəri Bəhruz Pənahi edir. Geologiya İnstitutundan əlavə, layihədə ARDNŞ, BP və respublikada fəaliyyət göstərən digər xarici şirkətlər iştirak edir.

Hazırda layihə iştirakçıları tərəfindən təqdim olunmuş geofiziki xəritələri təfsir olunur. Təhlil alman alimlərinin hazırladığı kompüter proqramlarının köməyilə həyata keçirilir.

Bundan əlavə, Azərbaycan alimlərinin bu sahədə biliklərinin artırılması məqsədilə Almaniyada təcrübə keçməsinin 2-ci mərhələsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti