...

TQDK-ya 105 537 abituriyent ərizə verib

Cəmiyyət Materials 17 İyul 2006 13:06 (UTC +04:00)

Bu günədək ölkənin ali məktəblərində təhsilini davam etdirmək istəyən 105537 abituriyent Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına ərizə verib. Bu barədə Trend ə TQDK-dan məlumat verilib.

Azərbaycan sektoru üzrə abituriyentlər tərəfindən 95507 ərizə, rus sektoru üzrə isə 10030 ərizə daxil olub. Ötən il TQDK-ya cəmi 99000 ərizə daxil olub. Bunun 89 746-sı Azərbayan, 9254-ü isə rus sektoru üzrə olub.

Xatırladaq ki, TQDK artıq 2006-2007-ci tədris ilində ölkənin ali təhsil məktəblərinə qəbul imtahanlarının keçirilmə tarixini müəyyən edib. İmtahanlar Bakı və Naxçıvanda keçirilir. I qrup ixtisası üzrə abituriyentlər iyulun 29-da, III qrup ixtisası üzrə abituriyentlər - avqustun 3-də, II-V qrup ixtisası üzrə abituriyentlər - avqustun 8-də, II qrup ixtisası üzrə abituriyentlər isə avqustun 12-də imtahan verəcək.

Xəbər lenti

Xəbər lenti