...

Ağdamın işğalının 13-cü ildönümü ilə bağlı İsveç, Norveç, Ukrayna, Türkiyə və Almaniyada etiraz aksiyaları keçiriləcək

Cəmiyyət Materials 21 İyul 2006 15:13 (UTC +04:00)

Ağdamın işğalının 13-cü ildönümünə etiraz olaraq Azərbaycan Yolu Siyasi Hərəkatı (AYSH) ilk etiraz mitinqini iyulun 22-də saat 15:00-dan 16:00-a qədər (Bakı vaxtı ilə) İsveçin paytaxtı Stokholm şəhərinin "Sergelstorg" meydanında keçirəcək. Bu barədə Trend ə AYSH-nin mətbuat xidmətindən bildiriblər.

"Qarabağsız Azərbaycan yoxdur!" şüarı altında baş tutacaq mitinqdə Qarabağ probleminin həll edilməsində Kosovo variantının mümkünsüzlüyü, Qərbi Azərbaycana muxtariyyət statusu verilməsi ilə bağlı şüarlar səsləndiriləcək və BMT-nin 4 məlum qətnaməsinin yerinə yetirilməsi tələb olunacaq.

Həmin gün - iyulun 22-də Bakı vaxtı ilə saat 15:00-dan 16:00-a qədər Norveçin paytaxtı Oslo şəhərində də etiraz tədbiri reallaşacaq. AYSH etiraz tədbirlərini iyulun 23-də saat 16:00-da (Bakı vaxtı ilə) Ukraynanın paytaxtı Kiyevdə - Şevçenko adına universitetin xarici tələbələr üçün yataqxanasında davam etdirəcəkdir. Ağdamın işğalı Türkiyə və Almaniyada da qeyd olunacaq.

Xəbər lenti

Xəbər lenti