...

Teymur Rəcəbov Bil turnirində ikinci partiyanı da qələbə ilə başa vurub

Cəmiyyət Materials 26 İyul 2006 10:47 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov İsveçrənin Bil şəhərində keçirilən beynəlxalq şahmat festivalının 2-ci turunda qara fiqurlarla yarışın sahibi Y.Pelletye ilə oynayıb və qələbə qazanıb. Trend in xəbər verdiyi kimi, təşəbbüsü öz əlinə alan Teymur partiyanı məntiqi qələbəyə çatdırıb.

Kifayət qədər gözəl və romantik qələbəni isə norveçli gənc qrossmeyster M.Karlsen rusiyalı A.Morozeviç üzərində qazanıb. Ukraynalı A.Volokitin və kubalı L.Bruzon arasında partiya sülh danışıqları ilə başa çatıb.

Oynanılmış iki turdan sonra T.Rəcəbov və M.Karlsenin aktivində 2.0, A.Morozeviçin aktivində isə 1.0 xal var.

Xəbər lenti

Xəbər lenti