...

Gəncə futbol komandası fəaliyyətini dayandırdı

Cəmiyyət Materials 1 Avqust 2006 18:35 (UTC +04:00)

Gəncə futbol komandası avqustun 3-də start götürücək ölkə çempionatında iştirak etməyəcək. Bu barədə məlumatı Gənclər və İdman İdarəsinin rəisi Mövsüm Hüseynov verib.

Onun sözlərinə görə, klubun prezidenti Ruslan Məmmədov son anlarda komandaya sponsorluq etməkdən qəti imtina edib. Mövsüm Hüseynov onu da əlavə edib ki, Ruslan Məmmədovun komandadan imtina etməsi Gəncəni peşəkar klubsuz qoyub.

Xəbər lenti

Xəbər lenti