Azərbaycanın təhsil naziri Misir Mərdanov və Tatarıstanın təhsil və elm naziri Rais Şayxelislamov gələcək əməkdaşlığın perspektivlərini müəyyən edib. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.
Tatarıstan nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində elm və təhsil sahəsində əməkdaşlıq proqramı imzalanıb.
Proqramda tələbə və müəllim, ədəbiyyat və dərs vəsaitləri ilə mübadilə sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.