...

Azərbaycanın futbol üzrə yığmasının baş məşqçisi Şahin Diniyev Ukrayna ilə oyun üçün heyətin tərkibində düzəlişlər edib

Cəmiyyət Materials 12 Avqust 2006 11:12 (UTC +04:00)

Azərbaycan yığmasının məşqçisi Şahin Diniyev avqustun 15-də Kiyevin "Dinamo" stadionunda keçiriləcək Ukraynaya qarşı yoldaşlıq oyununda heyətin tərkibində düzəliş etməyə məcburdur.

Trend in xəbər verdiyi kimi, sınaq qarşılaşmasında məşqçi yenilənmiş komandanın əsas fiqurlarından biri hesab olunan müdafiəçi Sergey Sokolovun xidmətlərindən istifadə edə bilməyəcək. "Qarabağ" klubunun oyunçusu ölkə çempionatının ikinci turunda "Şahdağ"a qarşı oyunda zədə alıb və Almaniyada dünya çempionatının finalçıları ilə görüşə qədər lazımi formada ola bilməyəcək. Ona görə də Şahin Diniyev "Neftçi" klubundan Ruslan Abbasovu komandaya çağırmaq qərarına gəlib.

Xatırladaq ki, milli yığma avqustun 11-dən Kiyev səfərinə hazırlaşmağa başlayıb.

Xəbər lenti

Xəbər lenti