...

Azərbaycan boksçuları dünya birinciliyində 3 medal qazanıb

Cəmiyyət Materials 14 Avqust 2006 14:56 (UTC +04:00)

Azərbaycanın boks yığmasının Türkiyədə gənclər arasında keçirilən dünya birinciliyində iştirakı 1 gümüş və 2 bürünc medalla nəticələnib.

Trend xəbər verir ki, 50 kq-dək olan çəki dərəcəsinin finalında İlkin Ağayev hindistanlı Suxilaya məğlub olaraq ikinci yerə çıxıb. Yarımfinal maneəsini keçə bilməyən Rəşad Müslimov (70 kq) və Hafiz İsgəndərov (75 kq) bürünc medala layiq görülüb.

Bu medallar komandaya Gürcüstan, Türkiyə, Belarus, Albaniya, Böyük Britaniya və başqa ölkələri keçərək ümumi komanda hesabında 9-cu yeri tutmağa imkan verib. Birinciliyin qalibləri isə 7 qızıl və 2 bürünc medal qazanmış rusiyalı idmançıları olub.

Xəbər lenti

Xəbər lenti