...

Avropa Məhkəməsi seçkilərlə bağlı daha 13 şikayəti icraata götürüb

Cəmiyyət Materials 22 Avqust 2006 17:49 (UTC +04:00)

6 noyabr 2005-ci il parlament seçkiləri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən daha 13 şikayət həmin məhkəmənin icraatına götürülüb. Bu barədə Trend ə Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev məlumat verib.

Şikayətçilərin hüquqlarını Avropa Məhkəməsində təmsil edən İntiqam Əliyev bu barədə həmin məhkəmədən rəsmi məlumat alıb. Şikayətçilər 2005-ci ilin parlament seçkilərində deputatlığa namizəd olmuş şəxslərdir.

Şikayətlər Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 3-cü maddəsi (azad seçki hüququ) ilə yanaşı həmçinin həmin Protokolun 1-ci (mülkiyyət hüququ), Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 13-cü (səmərəli hüquqi müdafiə vasitələri), 14-cü (ayrı-seçkiliyə məruz qalmamaq) maddələrinin pozuntusu ilə bağlıdır.

İ.Əliyev bildirib ki, bundan əvvəl 7 namizədin şikayətlərinin Strasburq Məhkəməsinə daxil olması barədə oradan məlumatlar alınıb.

13 may 2006-cı ildə keçirilmiş təkrar parlament seçkiləri ilə bağlı 2 namizədin şikayəti Avropa Məhkəməsinə bu ayın əvvəlində göndərilib, Mirmahmud Mirəlioğlunun şikayəti isə bu günlərdə göndəriləcək.

Xəbər lenti

Xəbər lenti