...

Rəşad Sadıxov Türkiyənin "Kayserispor" klubundan gedib

Cəmiyyət Materials 23 Avqust 2006 15:35 (UTC +04:00)

Azərbaycan futbolçusu Rəşad Sadıxov Türkiyənin "Kayserispor" klubu ilə müqaviləni pozub. Trend in Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, 24 yaşlı futbolçu "Kayserispor"a 2005-ci ildə dəvət olunub, müqavilənin pozulması haqqında qərar isə hər iki tərəfin razılığı ilə qəbul olunub.

Klubun nümayəndələri qeyd edib ki, R.Sadıxovla hər hansı ixtilaf olmayıb.

Bununla yanaşı, R.Sadıxovun yeni klubu haqqında məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti