Hacıbala Bağırov böyük sənətkar olmaqla yanaşı geniş gəlbli insan idi. Bu barədə Trendə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov xalq artisti H.Bağırovun vəfatı ilə bağlı bildirib.
O qeyd edib ki, Hacıbaba Bağırovun yoxluğuna təəəsüflənməmək mümkün deyil. "Onun yoxluğu Azərbaycan mədəniyyəti üçün böyük itkidir. Hesab edirəm ki, onun yaratdığı məktəb, ardıcılları xatirəsini həmişə yaşadacaqlar".
YAP rəsmisi qeyd edib ki, H.Bağırovun yaratdığı obrazlar o gədər genişdir və müxtəlifdir ki, onları unutmaq olmaz. Bu obrazlar daim xatirələrdə yaşayacaq: "Onunla tez-tez təmasda olmasam da, böyük bir sənətkar kimi yaradıcılığına böyük hörmət etmişəm. Çox təəssüf olsun ki, onu son mənzilə yola salmaq üçün gəlmişəm".