...

TJİB ölkə jurnalistlərinin forumunun keçirilməsi ilə bağlı Mətbuat Şurasına və AJB-yə müraciət edib

Cəmiyyət Materials 6 Oktyabr 2006 14:03 (UTC +04:00)

Tərəfsiz Jurnalistlər İctimai Birliyi (TJİB) ölkə jurnalistlərinin forumunun keçirilməsi ilə bağlı Mətbuat Şurasına, Azərbaycan Jurnalistlər Birliyinə və digər jurnalist təşkilatlarına müraciət edib. Bu barədə Trend ə EJİB-nin sədri Elşad Eyvazlı bildirib.

E.Eyvazlı forumun keçirilməsi zəruriliyinin səbəbini də bildirib. Qeyd edib ki, mətbuatda yaşanan son hadisələr buna əsas verir: "Bu məsələ ilə bağlı təşkilatımız bəyanat qəbul edib. Bəyanatda mətbuat sahəsində arzuolunmaz gərginliyin yaşanması göstərilir. Hadisələrin gedişi onu göstərir ki, ayrı-ayrı qüvvələr- həm mətbuatda, həm də mətbuatdan kənar şəxslər belə gərginliyn yaranmasınada maraqlıdır. Nəticə etibarilə isə ölkəmizin imicinə zərbə dəyir və mətbuatımızın inktşafı ləngiyir. Hesab edirik ki, belə məsələlərə birdəfəlik son qoyulmalıdır. Əks halda mətubatımızdakı böhran daha da dərinələşəcək ki, bu da dünyada gedən proseslərdən geri qalmağımıza gətirəcək".

E.Eyvazlı qeyd edib ki, çıxış yolu kimi yaxın vaxtlarda ölkə jurnalistlərinin forumunun keçirilməsi vacibdir: "Forumda Mətbuatın son durumu, yaranmış ajeotajın səbəbləri, böhtan, yalan xarakterli yazılar, jurnalistlərin həbsi və digər məsələlər müzakirə olunmalıdır".

Xəbər lenti

Xəbər lenti