...

Ombudsman aparatının əməkdaşı ATƏT-in insan ölçülərinə həsr olunmuş illik hesabat görüşündə iştirak edəcək

Cəmiyyət Materials 6 Oktyabr 2006 17:10 (UTC +04:00)

Oktyabrın 8-13-də Varşavada ATƏT-in insan ölçülərinə həsr olunmuş illik hesabat görüşü keçiriləcək. Görüşdə Azərbaycan ombudsman aparatının nümayəndəsi Aydın Səfixanlı da iştirak edəcək. Bu barədə "Trendə" aparatdan məlumat verilib.

Görüşün gündəliyinə demokratik seçkilər, vətəndaşlıq və siyasi hüquqlar, humanitar problemlər, informasiya azadlığı, işgəncələrin qarşısının alınması, qanunun aliliyi, milli azlıqların hüquqlarının təmin olunması və digər aktual məsələlərin müzakirəsi daxildir.

Ombudsman aparatının nümayəndəsi görüşdə insan haqlarının vəziyyəti, cəza çəkmə müəssisələri və hərbi hissələrdə aparılmış monitorinqlərin nəticələri barədə məruzə ilə çıxış edəcək. O, həmçinin, erməni təcavüzü və bunun ağır nəticələri haqqında görüş iştirakçılarına məlumat verəcək.

Xəbər lenti

Xəbər lenti