...

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə turnirində Ermənistanla görüşə bilər

Cəmiyyət Materials 10 Oktyabr 2006 16:47 (UTC +04:00)

Ermənistan, Albaniya, Finlandiya və ya Türkiyə yığmaları fevralda Eyndhovendə keçiriləcək Avropa çempionatının seçmə turnirində Azərbaycanın futzal komandasının rəqibi ola bilər.

Kollektivin baş məşqçisi Elman Ələkbərovun Trend ə verdiyi məlumata görə, hər şey bu komandaların təsnifat mərhələsində göstərdiyi nəticələrdən asılı olacaq. Yığmalardan biri 4-cü yarımqrupa düşəcək. Burada yerli futzalçılarla yanaşı, Serbiya və Hollandiya da qitə birinciliyinin final mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq. Qrupun əsas favoriti Hollandiya yığmasıdır. Qeyd edək ki, yarış elə hollandların meydançasında keçiriləcək.

Xatırladaq ki, bu yaxınlarda futzal yığmamız səfərdə Portuqaliya ilə iki yoxlama oyunu keçirib və hər iki görüşdə məğlub olub.

Xəbər lenti

Xəbər lenti