...

Azərbaycanın gənclərdən ibarət futbol yığması Macarıstana məğlub olub

Cəmiyyət Materials 30 Oktyabr 2006 16:16 (UTC +04:00)

Azərbaycanın gənclərdən ibarət futbol yığması Kiprdə keçirilən gənclər arasında (U-19) Avropa birinciliyinin seçmə turnirinin növbəti mərhələsində 5:0 hesabı ilə Macarıstana məğlub olub.

Trend xəbər verir ki, "Dasaki Axnas" stadionunda keçirilən oyunda Arif Əsədovun yetirmələrinin ilk oyun günündə ermənilərə qalib gəldikdən sonra (2:1) yenicə bərpa olunduğunu nəzərə alaraq, komanda rəqibə layiqincə müqavimət göstərə bilməyib.

Lakin macarlılara məğlub olmalarına baxmayaraq, azərbaycanlı futbolçuların ikinci vakansiya uğrunda mübarizə aparmaq şansı var. Bunun üçün son mərhələdə onlar bir gün əvvəl Ermənistana 0:1 hesabı ilə məğlub olan meydan sahiblərinin simasında qrupun autsayderlərinə qalib gəlməlidirlər.

Xəbər lenti

Xəbər lenti