...

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarından ibarət xüsusi komissiya yaradılıb

Cəmiyyət Materials 14 Noyabr 2006 11:28 (UTC +04:00)

Respublika Baş Prokurorluğunun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarından ibarət xüsusi komissiya yaradılıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğundan məlumat verilib.

Komissiya ölkə ərazisində təbii qazdan, elektrik enerjisi və sudan istifadə ilə əlaqədar yol verilən qanunsuzluq faktlarının aşkarlanması ilə məşğul olacaq.

Komissiyaya Yanacaq və Energetika, Maliyyə, Iergilər nazirlikləri, Auditor Palatasının və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" Dövlət Müəssisəsinin mütəxəssisləri cəlb edilib. Komissiya tərəfindən əsasən Şəki, Goranboy, Şamaxı və Salyan rayonlarında nağdsız hesablaşmaların həyata keçirilməsi və yığılan pul vəsaitlərinin büdcəyə tam köçürülməsi işinin təşkilinin vəziyyətini araşdıracaq.

Xəbər lenti

Xəbər lenti