...

Media Hüququ İnstitutu İctimai Yayım xidmətinə dövlət büdcəsindən ayrılan vəsaitin azaldılmasına etiraz edir

Cəmiyyət Materials 16 Noyabr 2006 15:42 (UTC +04:00)

"İctimai yayımın zəruri maliyyədən məhrum edilməsi onun müstəqilliyini məhdudlaşdırmağa, İctimai yayımın əhəmiyyətini kiçiltməyə xidmət edən yolverilməz bir addımdır". Trend in məlumatına görə, bu fikirləri Media Hüququ İnstitutunun yaydığı bəyanatdandır.

Qeyd edək ki, 2007-ci ilin Dövlət büdcəsi barədə Milli Məclisin müzakirəsinə təqdim edilən qanun layihəsində hökumətin təklifi ilə İctimai Yayım xidmətinə dövlət büdcəsindən ayrılan vəsait ötən ilkinə nisbətən 4 milyon AZN azaldılıb.

"İctimai televiziya və radio yayimi haqqinda" Azərbaycan Respublikasi qanununun 23.2-ci bəndinə görə başqa mənbələrdən əldə edilən gəlirlər də nəzərə alınmaqla, ictimai yayımın məqsədlərinin həyata keçirilməsi, fasiləsiz fəaliyyəti və perspektivli inkişafı üçün dövlət büdcəsindən hər il artan miqdarda maliyyə vəsaiti ayrılmalıdır. Media Hüququ İnstitutu hesab edir ki, hökumət, siyasi dairələr İctimai Yayımın maliyyələşdirilməsindən təzyiq vasitəsi, onu nəzarətdə saxlamaq vasitəsi kimi istifadə etməməlidirlər.

Media Hüququ İnstitutu İctimai Yayımın daha da inkişaf etməsi, onun verilişlərinin keyfiyyətinin artırılması, maliyyə müstəqilliyinin təmin olunması üçün yetərli maliyyə vəsaiti ayrılmasını vacib sayır.

Xəbər lenti

Xəbər lenti