...

FİFA hakimi Babək Quliyev uzun müddətə diskvalifikasiya edilə bilər

Cəmiyyət Materials 20 Noyabr 2006 11:41 (UTC +04:00)

FİFA hakimi Babək Quliyev idarə etdiyi "Qarabağ"-"Karvan" (1:1) oyununda komissar tərəfindən aşağı qiymətləndirilməsi ilə əlaqədar uzun müddətə diskvalifikasiya edilə bilər.

Trend in xəbər verdiyi kimi, hakim 10 ballıq şkala üzrə 4 alıb və indi onun taleyini AFFA-nın Hakimlər Komitəsi həll edəcək. Görüşdə B.Quliyevin bərpa olunmuş vaxtda ağdamlıların qapısına penalti təyin etməsi komandanın böyük narazılığına səbəb olub. Xüsusilə, "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl AFFA prezidenti Ramiz Mirzəyevin adına hadisə meydanında baş verənlərə dair məktub göndərib.

Bununla yanaşı, UEFA-nın təyinatlarına əsasən, mümkün cəza B.Quliyevin beynəlxalq görüşləri idarə etməsinə mane olmayacaq.

Xəbər lenti

Xəbər lenti