...

Hidayət Orucov: Azərbaycanda dövlətçilik əleyhinə fəaliyyət göstərən radikal dini qruplara qarşı mübarizə aparılır

Cəmiyyət Materials 20 Noyabr 2006 16:52 (UTC +04:00)

Azərbaycanda dövlətçilik əleyhinə fəaliyyət göstərən radikal dini qruplara qarşı mübarizə aparılır. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov məlumat verib.

"Söhbət ayrı-ayrı təriqətlərdən, dinlərdən yox, özlərini ayrı-ayrı şəxslər kimi, yaxud da qrup şəklində təqdim edənlərdən gedir. İstər Azərbaycan qanunvericiliyində, istər də gerçəklikdə bütün təriqətlərə, dinlərə fəaliyyət üçün şərait yaradılıb. Lakin xarici ölkənin təsiri, xarici ölkənin dini modelinin Azərbaycanda tətbiqinə cəhd halları Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmir, belə meyllərə Azərbaycan cəmiyyətində yer verilə bilməz. Belə hallara qarşı mübarizəmiz dönməzdir" - deyə H.Orucov qeyd edib.

Komitə sədri onu da bildirib ki, Azərbaycanda əhalinin 96 faizi müsəlman dininə, yerdə qalan 4 faizi isə iudaizmə, xristianlığa və digər dinlərə mənsubdur. "Azərbaycanda tarixən də, hazırda da digər dinlərin öz dini ayinlərini yerinə yetirmələri üçün şərait yaradılıb" - deyə o söyləyib.

Xəbər lenti

Xəbər lenti