...

Azərbaycanlı alim Gürcüstan Elmlər Akademiyasının akademiki seçilib

Cəmiyyət Materials 23 Noyabr 2006 16:21 (UTC +04:00)

Gürcüstan Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə AMEA İnsan Hüquqları İnstitutunun direktoru, professor Rövşən Mustafayev həmin qurumun akademiki seçilib. Trend in Azərbaycan Milli Elmlər Akademiyasına istinadən xəbər verdiyi kimi, azərbaycanlı alim bu yüksək elmi ada Cənubi Qafqaz regionunda separatizm və terrorizm hallarının təzahürlərinə qarşı mübarizədə vacib istiqamətlərin elmi araşdırmalarının nəticələrinə görə layiq görülüb. Yaxın günlərdə Tiflisdə professor Rövşən Mustafayevə bu yüksək elmi adın diplomu və vəsiqəsi təntənəli şəkildə təqdim olunacaq.

Eyni zamanda onun bu yaxınlarda rus dilində çapdan çıxmış "Iirtual ehtiraslar" kitabı Gürcüstan elmi ictimaiyyətində ciddi maraq doğurub.

Xəbər lenti

Xəbər lenti