...

Ukrayna futbol klubu "İnter" klubunun forvardı Samir Əliyevlə maraqlanır

Cəmiyyət Materials 29 Noyabr 2006 15:52 (UTC +04:00)

Ukrayna futbol klublarından birinin seleksiyaçıları "İnter" klubunun forvardı Samir Əliyevlə maraqlanır.

Trend in xəbər verdiyi kimi, vaxtilə hücumçu Lutskun "Volni" klubunda bir neçə parlaq mövsüm keçirib. Buna görə də o, Ukraynada istənilən komanda üçün arzu olunan oyunçudur. Cari mövsümdə Samir bir neçə mühüm qələbə qazanmaqda "İnter"ə kömək edib və birincilikdə 6 qol vuraraq, çempionatın ən yaxşı hücumçuları sırasına daxil olub. Onun taleyi daxili yarışın birinci dövrəsindən sonra (qış transferində) müəyyən edilə bilər.

Qeyd etmək lazımdır ki, vaxtilə S.Əliyev Elistinin "Uralan" və hazırda ölkə çempionatında liderlik edən "Xəzər" klublarında da çıxış edib.

Xəbər lenti

Xəbər lenti