...

Gülər Əhmədova: Uşaq evlərində yaşayan uşaqların ailələrə verilməsi proqramı 2008-2009-cu ilədək davam edəcək

Cəmiyyət Materials 5 Dekabr 2006 19:11 (UTC +04:00)

İnternat və uşaq evlərində yaşayan uşaqların ailələrə verilməsi ilə bağlı proqram 2008-2009-cu ilədək davam edəcək. Trend in məlumtına görə, bu barədə jurnalistlərə Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova açıqlama verib.

O qeyd edib ki, bu məsələnin araşdırılması ilə bağlı yaradılmış komissiya sahibsiz uşaqların hansı ailələrə verilə biləcəyinin təhlilini aparır: "Komissiya çox dəqiq işləməlidir, çünki onların qərarlarının hər biri bir insan taleyi ilə bağlıdır. Uşaqların ya öz ailələrinə qaytarılması, ya başqa ailələrin himayəsinə verilməsi işi çox diqqətlə həyata keçirilməlidir. Bu sahədə həm yaxşı, həm də pis nəticələnən təcrübələr var.

Biz yenidən uşaqları od-alovun içərisinə atmamalıyıq. Amma uşaqların öz ailələrinin durumu pisdirsə, o zaman himayədar ailələrə vermək lazımdır"-deyə G.Əhmədova qeyd edib. Millət vəkilinin sözlərinə görə, dövlət tərəfindən uşağın saxlanmasına ayrılan vəsait həmin ailəyə verilir.

Gülər Əhmədova uşaq evlərindən uşaqların xarici vətəndaşların himayəsinə verilməsinin əleyhinə olduğunu deyib. Onun sözlərinə görə, bu il cəmi 5 uşaq əcnəbilərə verilib. G.Əhmədova qeyd edib ki, Azərbaycan da digər ölkələr, məsələn, Rusiya kimi xaricə aparılan uşaqlarımızı axtarıb tapmalıdır.

Xəbər lenti

Xəbər lenti