...

Rusiyanın Murmanks vilayətində yaşayan azəbaycanlıların qeydiyyat probleminin həlli üçün dövlət orqanları və Baş Konsulluğun nümayəndələrindən ibarət işçi qrup yaradılıb

Cəmiyyət Materials 11 Dekabr 2006 11:37
Rusiyanın Murmanks vilayətində yaşayan azəbaycanlıların qeydiyyat probleminin həlli üçün dövlət orqanları və Baş Konsulluğun nümayəndələrindən ibarət işçi qrup yaradılıb

Trend-i buradan izləyin

Rusiyanın Murmansk vilayətində yaşayan azəbaycanlıların dövlət qeydiyyatı probleminin həlli məqsədilə bu vilayətinin rəsmi dövlət orqanlarının və Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun nümayəndələrindən ibarət işçi qrup yaradılıb. Bu barədə Trend ə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib.

Qeyd edək ki, Rusiya Federasiyasının Şimali-Qərb Federal dairəsinə daxil olan vilayətlərə səfər çərçivəsində Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsul Qüdsi Osmanovun başçılığı ilə nümayəndə heyəti Murmansk şəhərinə səfər edib. Nümayəndə heyətinin tərkibinə Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktorunun müavini Gündüz Həmzəyev, Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətinin icraçı direktoru Akif Qasımov, onun müavini Əli Salmanov, Azərbaycan Beynəlxalq Bankının Sankt-peterburqdakı filialının direktoru Fuad Qasımov, "Lider" TV-nin Rusiya müxbiri Anar Həsənov daxil idilər.

Səfər zamnı keçirilən görüşlərdə qeyd olunub ki, Murmansk vilayətində

22 min azərbaycanlı yaşayır. Onların yarısı (55 faizi) qyri-leqal statusla həyat tərzi sürürlər. Azərbaycanlılar Murmansk, Apatit, Mançeqorsk və Kandalaşka şəhərlərində yaşayırlar və əksəriyyəti azərbaycanın Masallı, Lənkəran rayonlarından çıxan soydaşlarımızdır.

Nümayəndə heyətimizin Murmans vilayətinin qubernatoru Yuri Evdokimovla görüşdə vilayətin iqtisadi-sosial həyatı barədə məlumat alıb, buradakı azərbaycanlı əhalinin fəaliyyəti barədə danışılıb. Murmansk vilayətində tolerantlığa riayət olunması, baxımından azərbaycanlıların yerli əhali və onların inteqrasiyasının sabitliyindən söz açılıb. Mövcud olan əsas problemin soydaşlarımızın kütləvi şəkildə qeyri-leqal yaşamasından ,irəli gəldiyi vurğulanıb. Tərəflər neft və qaz sənayesində Murmansk vilayəti ilə Azərbaycanın sıx əlaqələrin yaradılmasında maraqlı olduqlarını vurğulayaraq, iqtisadi əməkdaşlığın əsas istiqamətləri barədə təkliflərin bildirilməsini xahiş ediblər. Y.Evdokimov qısa bir zamanda iqtisadi və mədəni paketlərin Azərbaycan tərəfinə təqdim edilməsi üçün Baş Konsulluğa göndəriləcəyini deyib.

Murmansk şəhərinin meri Mixail Savçenko ilə söhbət zamanı isə bu şəhərin Azərbaycanın hər hansı bir şəhəri ilə "qardaşlaşması" təklif olunub və bu təklif həmsöhbətlər tərəfindən dəstəklənib. Murmansk vilayətinin Dumasının sədr müavini Oleq Olekseyev və Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Murmansk vilayətindəki nümayəndəliyinin başçısı Serqey Kluşev vilayətin siyasi-mədəni həyatı barədə nümayəndə heyətinə məlumat verib. Murmanks vilayəti üzrə federal miqrasiya xadmətinin rəisi Aleksandr Boykov, Murmanks vilayətinin daxili işlər idarəsinin rəisi Vitaliy Fedotov və digərləri ilə görüşdə qeyri-leqal yaşayan azərbaycanlıların leqallaşma məsəlləri müzakirə olunub. Bundan başqa Murmansk vilayətində yaşayan azərbaycanlılarla da 3 saatlıq görüş keçirilib, onların əsas problemləri - qeydiyyat, pasport, yerli həyata inteqrasiya, müvafiq strukturlara əlaqələri və s. Məsələlər müzakirə olunub.

Azərbaycanın Sankt-peterburqdakı Baş Konsulu Qüdsi Osmanovun sözlərinə görə, müzakirələr zamanı bu qənaətə gəlinib ki, leqallaşdırılma prosesinin əsas ləngidici faktoru - Azərbaycan Respublikasının xarici pasportun yalnız Azərbaycan ərazisində verilməsi və müxtəlif arayışların Mərkəz tərəfindən gecikdirilməsidir. Bunu nəzərə alaraq, leqallaşdırma prosesinin yüngülləşdirilməsi üçün Murmanks vilayətinin rəsmiləri ilə Baş Konsulluğun, Federal Xidmətin, Daxili İşlər İdarəsinin, diaspora aktivinin nümayəndələrindən ibarət işçi qrup yaradılması qərara alınıb. Həmin qrupun üzvləri qeyri-leqal statusla yaşayan azərbaycanlıların sənədləşdirilməsinin aparılması və leqal statusun alınması üçün lazımi tədirlər görəcəklər. Həmçinin Baş Konsulluq 2007-ci ilin may ayında Murmansk şəhərində Sankt-Peterburqdakı "Çinar" rəqs ansamdlının, Azərbaycan və rus estradası müğənnilərinin iştirakı ilə geniş tədbir keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti