...

"Ural-Qreyt" klubunun baş məşqçisi: "Kurtinaytis işsiz qalmayacaq"

Cəmiyyət Materials 16 Dekabr 2006 12:04 (UTC +04:00)

"Əminəm ki, Rimas Kurtinaytislə hər şey yaxşı olacaq və o heç vaxt işsiz qalmayacaq". Bu barədə "Ural-Qreyt" klubunun baş məşqçisi vəzifəsinin icraçısı SerGey Zozulin Azərbaycan yığmasının müəlliminin komandadan getməsi barədə şərh verərkən bildirib.

Trend in permyakların rəsmi saytına istinadən verdiyi xəbərə görə, S. Zozulin litvalı mütəxəssisin kollektivin rəhəbərləri ilə qarşılıqlı razılaşma əsasında çıxıb getməsinə təssüfünü bildirib.

"Biz Rimasdan xoşməramla ayrıldıq. Mən Rimas Kurtinaytisi çoxdan tanıyıram, o, əla adamdır. Amma məşqçinin taleyi belədi. Böyük Aleksandr Yakovloviç Qomelskiy deyib: "Qovulmayan məşqçi - məşqçi deyil"-deyə rəhbər bildirib. Qeyd etmək lazımdır ki, Kurtinaytsın rəhbərliyi zamanı "Ural-Qreyt"Rusiya superliqası ilə pis başladı və Avropa Kubokundan mərhum oldu.

Xəbər lenti

Xəbər lenti