...

"Qeyrət" Hərəkatının həmsədri Z.Qurbanov: "Rusiyadan gələn azərbaycanlıların Gürcüstanda işlə təmin olunması üçün yardımlar edilmir"

Cəmiyyət Materials 19 Dekabr 2006 15:00 (UTC +04:00)

"Rusiyadan deportasiya olunmuş Gürcüstan vətəndaşlarının problemləri ilə əlaqədar Gürcüstan parlamentində müvəqqəti komissiya yaradılıb. Komissiya geri qayıdanların hansı problemlərlə üzləşdiyini araşdırır". Bu barədə Trend ə Gürcüstanda fəaliyyət göstərən "Qeyrət" Xalq Hərəkatının liderlərindən Zümrüd Qurbanov məlumat verib.

O bildirib ki, Rusiyadan deportasiya edilmiş kifayət qədər Gürcüstan vətəndaşları bu komissiyaya müraciət ediblər. Amma müraciət edənlərin arasında bir nəfər də olsun azərbaycanlı yoxdur. Z.Qurbanovun sözlərinə görə, Rusiyadan deportasiya edilənlərin Gürcüstanda işlə təmin olunması, uşaqlarının təhsillərini davam etdirməsi və digər məsələlərdə dövlətin yardım proqramı, həmçinin bu problemlərlə məşğul olan kifayət qədər dövlət qurumları var. Lakin Gürcüstan azərbaycanlıları işlə təmin olunmağa və başqa problemlərini həll etməyə müvəffəq olmayıblar: "Azərbaycanlılar Rusiyadan qayıdarkən rüşvət verərək gəlməyə məcburdurlar, çünki sənədlərində kifayət qədər problemləri var. Həmçinin ailələrini dolandırmaq üçün Gürcüstanın kəndlərində qalıb müəyyən işlə məşğul olmağa, ya da Bakıya üz tutmağa başlayırlar. Azərbaycanlıların gəlib burada işlə təmin olunması üçün yardımlar edilmir. Əksinə, qayıdanlar həm də ailələrinə yük olublar"-deyə Z.Qurbanov vurğulayıb.

O, əlavə edib ki, kifayət qədər sayda Gürcüstan azərbaycanlısı hələ də Rusiyada qalıb çalışmaqdadırlar. Z.Qurbanovun sözlərinə görə, onlar da geri qayıdarsa, Gürcüstanda iqtisadi, sosial vəziyyət xeyli ağırlaşacaq.

Xəbər lenti

Xəbər lenti