...

Keçmiş Mincəçevir polislərinin cinayət işi hakim Nüşabə Ağayevanın icraatına verilib

Cəmiyyət Materials 11 Yanvar 2007 13:10 (UTC +04:00)

Yanvarın 11-də Mingəçevir Şəhər Polis İdarəsinin (ŞPİ) istintaqı yekunlaşmış keçmiş 3 polis əməkdaşı İlqar Abbasovun, Elçin Musayevin və Ramiz Murğuzovun cinayət işi üzrə materiallar Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsinin (ACDİÜM) hakimi Nüşabə Ağayevanın icraatına verilib. Bu barədə Trend ə ACDİÜM-dən məlumat verilib.

İş materialları hakimin icraatına yeni verildiyindən məhkəmə baxışına hazırlıq iclasının tarixi hələlik müəyyən edilməyib.

ŞPİ-nin cinayət axtarış bölməsinin rəisi İlqar Abbasov, bölmənin əməliyyat müvəkkili Elçin Musayev və polis nəfəri Ramiz Murğuzov Mingəçevir şəhər sakini olan Qarabağ müharibəsi əlili Rasim Əlişovun ölümündə təqsirli bilinirlər. Ölüm hadisəsi 25 iyul 2006-cı il tarixdə ŞPİ-nin cinayət axtarış bölməsinin rəisi İlqar Abbasovun xidməti otağında baş verib.

Xəbər lenti

Xəbər lenti