...

Azərbaycan ombudsmanı AŞ baş katibinin Azəpbaycandakı nümayəndəsini qəbul edib

Cəmiyyət Materials 22 Yanvar 2007 19:36 (UTC +04:00)

Azərbaycan Respublikasının ombusmanı Elmira Süleymanova Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosianı qəbul edib. Bu barədə Ombudsman Aparatı mətbuat xidmətinin məlumatına əsasən Trend xəbər verir.

E.Süleymanova bildirib ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirməkdə israrlıdır, bunun üçün müvafiq tədbirləri həyata keçirir. Ombusman qonağa Azərbaycan prezidentinin imzaladığı Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planını da xatırladıb. Onun sözlərinə görə, Azərbaycan Ombudsaman təsisatı Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsinin "A" statusuna layiq görülüb, bu isə təsisatın BMT və onun qurumları ilə əməkdaşlığı genişləndirməsinə kömək edəcək.

Qonaq AŞ -nin Azərbaycanın öz öhdəliklərini yerinə yetirməsində ombusmanın imkanlarının genişlənməsində maraqlı olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti