...

Naxçıvan büdcəsi üzrə nəzərdə tutulan dotasiyanın 35%-nə il ərzində tələb formalaşmayacaq – Hesablama Palatası

İqtisadiyyat Materials 6 Yanvar 2026 17:23 (UTC +04:00)
Naxçıvan büdcəsi üzrə nəzərdə tutulan dotasiyanın 35%-nə il ərzində tələb formalaşmayacaq – Hesablama Palatası
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Növbəti büdcə ili üzrə Naxçıvan Muxtar Respublika büdcəsinin gəlir və xərclərini tənzimləmək məqsədilə dövlət büdcəsindən 211,6 milyon manat dotasiya ayrılması nəzərdə tutulub ki, bu da cari il üzrə təsdiq edilmiş dotasiya məbləğindən 74,1 milyon manat və ya 25,9 % az, 2024-cü il üzrə icra edilmiş dotasiya məbləğindən isə 26,4 milyon manat və ya 14,3 % artıqdır.

Bu barədə Trend Hesablama Palatasına istinadən xəbər verir.

Bildirilib ki, 2025-ci ilin ötən 9 ayı ərzində Naxçıvan Muxtar Respublikası büdcəsi balansının aylar üzrə proqnoz və faktiki icra göstəriciləri arasında əhəmiyyətli dərəcədə fərq müşahidə olunmayıb.

“Təhlillər göstərir ki, cari il üçün proqnozlaşdırılmış dotasiya məbləğinin təqribən 35 (otuz beş) faizdən artıq hissəsi üzrə il ərzində tələb formalaşmayacaqdır”, - məlumatda vurğulanıb.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublika büdcəsinin (gəlir və xərcləri tənzimləmək məqsədilə dövlət büdcəsindən ayrılan dotasiya istisna olmaqla) cəmi büdcə gəlirlərinin və xərclərinin müvafiq olaraq 99,1% və 59,8% -i cari ilin 9 ayı ərzində icra edilib. Əlavə edilib ki, cari ilin 9 aylıq proqnoz göstəriciləri ilə müqayisədə isə gəlirlər (dotasiya istisna) 34,3 % çox, xərclər isə 17,9 % az olmaqla icra edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti