...

Son bir ayda dünya üzrə COVID19-dan ölüm sayı azalıb - ÜST

Cəmiyyət Materials 6 Yanvar 2026 17:56 (UTC +04:00)
Son bir ayda dünya üzrə COVID19-dan ölüm sayı azalıb - ÜST
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

COVID19 virusundan dünya üzrə ölüm hallarının yeni statistikası məlum olub.

Trend xəbər verir ki, bu barədə ÜST-nin son statistikasında qeyd olunub.

Son statistikaya görə, COVID19-dan dünya üzrə son bir ayda 894 ölüm halı baş verib. Bu da əvvəlki ayla müqaisədə 409 nəfər azalma deməkdir.

Bu ölümlərin 697-si ABŞ-nin payına düşüb.

Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Hindistan və bir çox ölkələrdə ölümlə bağlı son statistik göstərici isə dəyişməyib. Bu da son bir ayda bu ölkələrdə COVID19-dan ölüm halının baş verməməsi deməkdir.

Qeyd edək ki, bu ölüm halları 37 ölkədən ÜST-na bildirilən rəqəmlərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti