...

Avropa liderləri Qrenlandiya məsələsi ilə bağlı ABŞ-yə çağırış ediblər

Dünya xəbərləri Materials 6 Yanvar 2026 17:47 (UTC +04:00)
Avropa liderləri Qrenlandiya məsələsi ilə bağlı ABŞ-yə çağırış ediblər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yalnız Danimarka Krallığı və onun tərkibində olan ərazi statusuna malik Qrenlandiya adanın gələcəyi ilə bağlı qərarlar qəbul edə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa, Almaniya, İtaliya, İspaniya, Polşa, Böyük Britaniya və Danimarka liderlərinin birgə bəyanatında deyilir.

“Qrenlandiya onun xalqına məxsusdur. Danimarka və Qrenlandiya - yalnız onlar Danimarka və Qrenlandiyaya aid məsələlər üzrə qərar qəbul edirlər”, – bəyanatda qeyd olunur.

Yanvarın 4-də ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında ABŞ-nin milli təhlükəsizlik mülahizələrinə görə Qrenlandiya üzərində nəzarətə ehtiyacı olduğunu bildirib.

Ağ Ev rəhbərinin iddiasına görə, bu məsələ strateji xarakter daşıyır, belə ki, adanın ətrafında Rusiya və Çin gəmiləri üzür və Danimarka bu ərazinin təhlükəsizliyini möhkəmləndirmək “iqtidarında deyil”.

Aİ ölkələri liderlərinin bəyanatında həmçinin vurğulanır ki, Arktikada təhlükəsizlik NATO üzrə müttəfiqlərlə, o cümlədən ABŞ-la birgə şəkildə təmin olunmalıdır.

“Arktikada təhlükəsizlik Avropa üçün prioritetdir və Avropa müttəfiqləri onun gücləndirilməsi prosesindədir”, – bəyanatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti