Bakı. Trend:
Futbol üzrə Belarus milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, yığmanı Viktor Qonçarenko çalışdıracaq. 48 yaşlı mütəxəssislə 2029-cu ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Viktor Qonçarenkonun iş yeri Rusiyanın "Nijni Novqorod" klubu olub.