...

"Mançester Siti"nin müdafiəçisi əməliyyat olunacaq

İdman Materials 6 Yanvar 2026 08:55 (UTC +04:00)
"Mançester Siti"nin müdafiəçisi əməliyyat olunacaq

Bakı. Trend:

“Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol “Çelsi” ilə matçda ayağını sındırıb. Xorvatiyalı futbolçu APL-in 20-ci turu çərçivəsində keçirilən oyunun (1:1) 51-ci dəqiqəsində əvəzlənib.

Trend xəbər verir ki, “şəhərlilər”in mətbuat xidməti Qvardiolun sağ ayağının böyük baldır sümüyündə sınıq aşkarlan­dığını açıqlayıb. Müdafiəçi bu həftə əməliyyat olunacaq.

Yoşkonun bərpa müddəti dəqiqləşdirilməyib. Adətən bu cür zədələrdə sağalma prosesi zədənin ağırlıq dərəcəsindən asılı olaraq 3–6 ay çəkir.

Xəbər lenti

Xəbər lenti