...

"Qəbələ" Keytanın transferini açıqlayıb

İdman Materials 6 Yanvar 2026 02:43 (UTC +04:00)

Bakı. Trend:

"Qəbələ" qış fasiləsində ilk transferini reallaşdırıb.

Klubdan Trend-ə verilən məlumata görə, bölgə təmsilçisi seneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə "6 ay +1 illik" müqavilə imzalayıb.

Onun son klubu "Panevejis" (Litva) olub. Keyta buna qədər "Al Tadamon" (Küveyt), "Liepaya" (Latviya), "Mölde" (Norveç) və "Diambars" (Seneqal) komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, Keyta "Qəbələ"də "33" nömrəli formada çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti