...

ABŞ Avropada təxminən 100 modernləşdirilmiş B61-12 nüvə bombası yerləşdirib

Dünya xəbərləri Materials 6 Yanvar 2026 22:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Avropadakı altı hərbi bazada təxminən 100 ədəd modernləşdirilmiş B61 taktiki nüvə bombası yerləşdirib. Söhbət B61-12 versiyasından gedir.

Trend xəbər verir ki, bu ABŞ Nüvə Alimləri Federasiyasının məlumatlarında əks olunub.

Məlumata görə, Avropada yerləşdirilən nüvə silahlarını “F-35A”, “F-15E”, “F-16” və “Tornado” tipli taktiki qırıcılar daşımaq imkanına malikdir.

Qeyd olunur ki, B61-12 bombaları əvvəlki versiyalarla müqayisədə daha aşağı partlayış gücünə malikdir və bu göstərici 0,3–50 kiloton arasında dəyişir. Bununla yanaşı, yeni versiya daha dəqiq və idarəolunandır. Bu xüsusiyyətlər bombanın paraşütlə atılması əvəzinə yüksək hündürlükdə uçan təyyarədən buraxılmasına imkan verir.

Xəbər lenti

Xəbər lenti