Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan ADY-nin Bakı Beynəlxalq Dəniz Limanında ötən il 100 min TEU konteynerdən çox yük aşırılaraq limanın tarixində rekord göstəriciyə imza atılıb.
Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, limanın ADY-yə intreqasiya edildiyi 2024-cü illə müqayisədə 2025-ci ildə müvafiq göstəricidə 40 faizə yaxın artım qeydə alınıb.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu, yalnız başlanğıcdır, bu say dəfələrlə artacaq. ADY bu istiqamətdə intensiv işləri davam etdirir.
